Xızıda baş vermiş qəzada 53 yaşlı qadın həlak olub

14 İyun 2016 02:10 (UTC+04:00)

Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi "Mitsubishi" markalı 90-BR-940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə, avtomobildə olan sərnişinlərdən sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır. (ANS Press)