Astroloji proqnoz - 14 iyun

14 İyun 2016 00:21 (UTC+04:00)

Qoç - Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.

Buğa - Bütün mühüm işləri günün ikinci yarısına qədər təxirə salın. Ötən həftədən qalmış işi başa vurun. Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri üçün uğurludur.

Əkizlər - Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Günün ikinci yarısında təmkinli, səbrli davranın.

Xərçəng - Gəlir gətirməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz.

Şir - Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər aparmalı olacaqsınız. Axşam saatlarını aiənizə həsr edin.

Qız - Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz.

Tərəzi - Başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan qurtulmaq üçün əlavə stimul kimi qəbul edin.

Əqrəb - Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın. Etibar etdiyiniz insanla axşam saatlarında sizi narahat edən məsələləri müzakirəyə çıxarmaq olar.

Oxatan - Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi korlaya biləcək məlumatlar da ala bilərsiniz. Bir qədər əvvəl çəkdiyiniz zəhmət nəticəsini verəcək.

Oğlaq - Aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.

Dolça - Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız.

Balıqlar - Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın. Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür.