ANS və MTRŞ razılığa gəldilər

14 İyun 2016 12:24 (UTC+04:00)

Prezident İlham Əliyevin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən Milli Televiziya və Radio Şurası ilə ANS Müstəqil Media Yayım Şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə Publika.az-a MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov məlumat verilib.

O bildirib ki, telekanallar arasında bölünən 333 333 manat maliyyə vəsait özəl televiziyaların hamısının, o cümlədən ANS Müstəqil Media Yayım Şirkətinin hesabına köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına 2 milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

Gülxar