Şabranda 22 yaşlı gənc göldə boğulub

15 İyun 2016 21:06 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Bilici kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Aslanov Pərviz Şahin oğlu göldə batıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.