Tərtərdə hərbi sursat partladı: azyaşlı xəsarət aldı (YENİLƏNİB)

16 İyun 2016 11:19 (UTC+04:00)

Tərtər rayonun Əskipara kəndində hərbi sursatın partlaması nəticəsində ağır yaralanan 8 yaşlı Elvin Hüseynlinin vəziyyəti yaxşıdır.

Bu barədə Publika.az-a Tərtər rayon Əskipara kənd icra nümayəndəsi Pərviz Mustafayev məlumat verib.

Onun sözlərinə görə, E.Hüseynli hazırda Bərdədəki evlərindədir: “Elvinin ailəsi Bərdədə yaşayır. Sadəcə onların Əskiparada fermaları var. Ötən gün də ailəsi ilə birlikdə fermaya gəlib və tonqal qalayarkən belə bir hadisə baş verib. Bizə verilən ilkin məlumatda barıt partladığı deyilir. Lakin barıtın ora necə gəlməsi və ya gətirilməsi barədə heç bir məlumatımız yoxdur. Uşağa ilkin yardım göstəriləndən sonra evlərinə aparıblar”.

Qeyd edək ki, ötən gün baş verən hadisə nəticəsində E.Hüseynlinin üzü və ayaqları yanıb.

***

02:09

Tərtər rayonun Əskipara kəndinin azyaşlı sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, partlayış nəticəsində azyaşlının üzü və ayaqları yanıb.

Belə ki, kənd sakini həyətində təmizlik işləri apararkən azyaşlının əlindəki kibritlə çöldə toplanmış tullantılara od vurması partlayışa səbəb olub. Partlayış nəticəsində o, ağır yanıq xəsarətləri alıb. Dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılan uşaq ambulator müayinədən sonra evə buraxılıb.

Hazırda azyaşlının vəziyyəti orta ağırdır.

Qeyd edək ki, azyaşlının agır yaralanmasına səbəb olan hərbi sursatın adı hələlik məlum deyil.

Gülxar