Darvinin 250 min dollarlıq 140 kəlməsi - FOTO

16 İyun 2016 12:15 (UTC+04:00)

Darvinin 1858-ci ildə nəşr edilmiş "Növlərin mənşəyi" adlı kitabının 270-ci səhifəsi satılıb.

Publika.az xəbər verir ki, "Sotheby's" hərrac evində satışa çıxarılan 1 səhifəlik əlyazma 250 min dollara alıcı tapıb.

Əlyazmanı "Nadir kitablar və şəkillər" adlı mağazanın sahibi Stefan Lounthal alıb.

Təxmin ediləndən daha baha qiymətə satılan səhifənin hər iki üzü yazılıdır. Səhifədə təxminən 140 kəlimə yer alıb. Səhifənin bir üzündə Darvinin qeydləri də var.

Ləman Sultan