Şamaxı rayon sakini 35 yaşlı Hüseynov Sədi ayının hücümuna məruz qalıb.
Sədinin sözlərinə görə, ayı onun qarşısna ani olaraq çıxıb və
üzərinə hücum edib. O, bədənin müxtəlif nahiyyəsindən xəsarətlər
alıb. Ayı onun boyun nahiyyəsini parçalayıb. Çətinliklə də olsa da
o, ayının əlindən xilas ola bilib.
Yaxınlarına zəng etməyi bacaran yaralını dərhal ağır vəziyyətdə
Şamaxı rayon Mərkəzi xəstəxanasına çatdırıblar. Zərərçəkənin
sözlərinə görə, hadisə zamanı o, Talışnuru kəndindən evələrinə
qaydırmış. Sözü gedən ərazi isə sıx meşəlik olub.Xəstəxanadan
deyiblər ki, Sədi Hüseynovun vəziyyəti yaxşılaşıb.
“Həmin şəxs axşam xəstəxanaya gətirilib. Ayı onun boynunu
yaralayıb. Hazırda cərrahiyyə şöbəsində olan həmin şəxsin vəziyyəti
yaxşıdır. Səhər yemək də yeyib, gəzib də. Yaxınları da
yanındadır”.
Xəstəxanadan yaxın saatlarda onun evə buraxılacağını da
bildiriblər.
Qeyd edək ki, bənzər hadisə Şamaxıda ikinci dəfədir ki yaşanır.
Oxşar hadisə Şamaxı rayonunda ötən il də baş verib. Rayonun Çeşmədli kəndində də ayının adamları hücum olub və 2 nəfəri yaralayıb.