Tramp gənc diktatora nahar verməyəcək

17 İyun 2016 08:10 (UTC+04:00)

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Şimali Koreya lideri Kim Çen İni ABŞ-da qəbul etməyə hazırdır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, milyarder bu haqda ABŞ-ın Atlanta şəhərində (Corciya ştatı) seçkiqabağı mitinqdə bildirib.

Amma Tramp Şimali Koreya lideri üçün rəsmi nahar təşkil etməyəcəyini deyib.

“O, əgər ABŞ-a gələrsə, qəbul edəcəyəm. Amma rəsmi nahar olmayacaq”, - o, tərəfdarlarına söyləyib.

Tramp daha əvvəl – mayın 18-də Koreya Xalq Demokratik Respublikasının başçısı ilə danışmaq arzusuni ifadə edib. Respublikaçı milyarder həmçinin bildirib ki, Pxenyana təsir etməsi üçün Çini sıxmağa hazırlaşır.

“Çünki iqtisadiyyat nöqteyi-nəzərindən Pekinin Pxenyana güclü təsir var. Onlar bu problemi (Şimali Koreyanın nüvə sialhı – red.) bir görüşlə və ya telefon zəngi ilə həll edə bilərlər”, - siyasətçi deyib.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi isə amerikalı milyarderin bu ideyasını mənasız adlandırıb.

Ömər Dağlı