Şahzadə Diananın geyimlərindən ibarət sərgi - FOTO

17 İyun 2016 18:45 (UTC+04:00)

Mərhum Şahzadə Diananın libaslarından ibarət sərgi keçiriləcək.

Publika.az xəbər verir ki, baş tutacaq sərgidə Diananın ən məşhur geyimlərini görmək mümkün olacaq.

Bu geyimləri Britaniya muzeyi iyunun 14-də “Passion of Fashion” hərracında əldə edib. Muzeyin əldə etdiyi geyimlər arasında Şahzadə Diananın 1986-cı ildə Vyanadakı qəbula geyindiyi libas və Elizabeth Emanuel tərəfindən hazırlanan mavi rəngli geyim də var.

Şahzadənin bu libaslarının hər biri 100 funt sterlinqə satılmışdı.

Ləman Sultan