“Həm “Şöhrət”, həm də “Şərəf” ordenim var” – İcra başçısı

6 Aprel 2014 20:38 (UTC+04:00)

Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf” ordeninə layiq görülən Xaşmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev "Xeberdar.az” saytına danışıb.

İcra başçısı təltifdən sevindiyini bildirib və Prezidentə təşəkkür edib: "Azərbaycanda yeganə icra başçısıyam ki, həm "Şöhrət”, həm də "Şərəf” ordeninə layiq görülmüşəm”.

Hər zaman Heydər Əliyev siyasətinə sadiq olduğunu söyləyən icra başçısı bu diqqətin onun məsuliyyətini artırdığını da söyləyib: "Bundan sonra Xaçmaz daha da çiçəklənəcək, inkişaf edəcək. Bu diqqətin qarşısında ancaq işləmək, məsuliyyətli olmaq, xalqa xidmət etmək dayanır”.