Britaniya AB-də qalacaqmı? - SORĞU

22 İyun 2016 04:12 (UTC+04:00)

Dünyanın diqqəti Böyük Britaniyanın Avropa Birliyinə (AB) üzvlüklə bağlı iki gün sonra keçiriləcək referenduma yönəlib. Aparılan sorğular referendumun nəticələri ilə bağlı ilkin ehtimalları səsləndirməyə imkan verir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin ORB şirkətinin keçirdiyi sorğuya görə, Britaniyanın AB-də qalmasının tərəfdarları 53, qurumdan ayrılmasının tərəfdarları isə 46 faiz təşkil edir.

Ötən həftə keçirilən sorğulara görə isə, “AB-də qalaq” deyənlər 49, “qalaq” deyənlər 48 faiz idi.

Məşhur ingilis futbolçusu Devid Bekhem ölkəsinin AB-də qalması üçün səs verəcəyini bildirib.

“Dörd uşağım və onların uşaqları dünyanın qarşılaşdıqları problemlərlə dünya ilə birlikdə üzləşməlidir”, - Bekhem deyib.

Ömər Dağlı