Oskarlı rejissor əfsanəvi qrup haqqında film çəkdi – VİDEO

22 İyun 2016 15:15 (UTC+04:00)

Dünyanın gəlmiş-keçmiş ən məşhur musiqi qrupu “Bitlz” (“The Beatles”) haqqında çəkilən sənədli filmin ilk treyleri yayımlanıb.

Publika.az xəbər verir ki, “Bitlz: həftədə 8 gün – tur illəri” (“The Beatles: Eight Days a Week - The Touring Years”) adlı film kinosevərləri həyəcanlandırıb.

Çünki filmin rejissoru “Zehin oyunları” (“A Beautiful Mind”) filmi ilə Oskar mükafatı qazanan Ron Hovarddır.

Film sentyabrın 15-də təqdim ediləcək.

Ləman Sultan