Məsut Özilin bacısı peyda oldu - FOTO

22 İyun 2016 13:30 (UTC+04:00)

Almaniya millisinin şərəfini qoruyan türk əsilli futbolçu Məsut Özilin Denise adlı bacısı peyda olub.

Publika.az xəbər verir ki, Məsutun atası Mustafa Özilin onun da atası olduğunu iddia edən 26 yaşlı Denise məhkəməyə baş vuraraq, istəyinə nail olub. DNT testinin nəticəsi Mustafa Özilin Denisenin də atası olduğunu təsdiqləyib.

Denise Kosek anasının vəfatından sonra xalası ilə yaşadığını bildirib. Onun 1 oğlu da var.