1 nəfər dənizdə itkin düşüb

22 İyun 2016 23:14 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda dənizdə 1 nəfərin qayıqdan suya düşməsi barədə məlumat daxil olub.

Publika.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.