Bu geyimlərə baxıb bayılacaqsınız - FOTOLAR

7 Aprel 2014 14:40 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə Azərbaycanda İpək Oya və Osmanlı geyimlərindən ibarət möhtəşəm dəfilə keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycanda Jumeirah Bilgag Beach Hoteldə, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi təşkilatı dəstəyi ilə paytaxt Bakıda İpək Oya və Osmanlı geyimlərindən ibarət dəfilə keçirilib. Türkiyənin Bursa şəhər İcra Başçılığının dəstəyi ilə, Azərbaycana gətirilən 5- model xanım əl işi olan osmanlı geyimləridən ibarət sərgilədikləri dəfilə izləyiciləri heyran edib. Dəfilədə səfir İsmail Alper Coşkun, müşavir Seyit Ahmet Arslan, Azərbaycan millət vəkilli Məlahət İbrahimqızı, modelyer Fəxriyyə Xələfova və digər ictimai xadimlər iştirak edib.

Dəfilənin sonunda Azərbaycan və Türkiyə bayraği ilə səhnəyə çıxan modelləri hərkəs ayaqda alqışlayıb.

Qeyd edək ki, dəfiləyə Bakı Yunus Emrə mərkəzi və Lider qadınlar” İctimai Birliyinin dəstək verib.

Cəvahir Səlimqızı