Messidən sonra daha 5 futbolçu komandadan ayrıldı

28 İyun 2016 09:39 (UTC+04:00)

Argentina milli komandasının və İspaniyanın “Barcelona” klubunun ulduz futbolçusu Lionel Messinin ardınca komandanın digər tanınmış oyunçuları da millidən ayrılmağa qərar veriblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Argentina milli komandasının ulduz futbolçuları - Qonzalo Higuain, Ezequiel Lavezzi, Serxio Aqüero, Javier Maskerano və Lukas Biglia da komandadan ayrılqdıqlarını açıqlayıblar.

Hazırda Argentina milli komandasında böyük parçalanma yaranıb. Komandanın peşəkar futbolçuları yığmada qalmaq istəmədiklərini bəyan ediblər.

Xatırladaq ki, “Copa America” çempionatının finalında Argentina milli komandası Çili ilə matçda uduzub. Bu oyundan sonra Lionel Messi komandadan ayrıldığını açıqlayıb.

Vasif Həsənli