10 yaşlı uşaq kanalda boğuldu

28 İyun 2016 11:36 (UTC+04:00)

Tovuz rayonunda uşaq su kanalında boğulub.

APA-nın qərb bürosunun veridyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalına düşüb.

Sudan çıxarılan azyaşlı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.