Terrorla bağlı Azərbaycanın İstanbuldakı konsulluğunda qaynar xətt yaradılıb

29 İyun 2016 01:40 (UTC+04:00)

İyunun 28-də Atatürk Hava Limanında baş vermiş terror aktı ilə bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda qaynar xətt yaradılıb.

Baş konsul Məsim Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, terror aktında zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması araşdırılır.