Şengen zonası təcili ləğv edilsin! – TƏLƏB

29 İyun 2016 13:30 (UTC+04:00)

Fransanın "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen Şengen zonasının ləğv edilməsini tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçi bu haqda LCI radiostansiyasının efirində deyib.

O, bildirib ki, rəhbəri olduğu partiya təhlükəsizliyin təminatı üçün Şengen sonasının təcili ləğvini tələb edir.

Bundan başqa, siyasətçi bütövlükdə Avropa Birliyinin siyasətini tənqid edib və bildirib ki, əgər prezident olsaydı altı ay ərzində Fransanın qurumdan çıxması üçün referendumun keçirilməsinə təşəbbüs edərdi. Marin Le Pen Avropa Birliyində konstruktiv dialoqun olmamasından şikayətlənib.

Ömər Dağlı