Bakı aeroportuna gedənlər itlərlə yoxlanılır - VİDEO

29 İyun 2016 14:32 (UTC+04:00)

Türkiyənin Atatürk Hava Limanında 41 nəfərin həlak olması, 239 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Bakıda Heydər Əliyev Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.

ANS TV-nin məlumatına görə, Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirir.

Xarici uçuşların həyata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıb. Hava limanına yalnız sərnişinlər bilet və xarici pasport təqdim edildikdən sonra buraxılır.

Bu cür ciddi yoxlamalar bir neçə gün davam edəcək və yaxınlarını qarşılamaq istəyən insanlar belə içəri buraxılmayacaq.

İstanbuldan Bakıya Bakı vaxtı ilə saat 14:00 da 2 təyyarənin uçacağı planlaşdırılır. Onların saat 17:00-da Bakıya çatacağı gözlənilir. Lakin təhlükəsizlik tədbirləri ilə əlaqədar uçuşlarda gecikmələrin baş verməsi mümkündür.