Ağ Ev İstanbul terroru ilə bağlı araşdırmalara başladı

29 İyun 2016 14:38 (UTC+04:00)

ABŞ hökuməti İstanbulun Atatürk hava limanında törədilən terror aktına münasibət bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Coş Ernest terror aktını qınayıb. O deyib ki, ABŞ onlarla insanın öldüyü və yaralandığı xain terror hücumunu ən sərt şəkildə pisləyir: “Terror təhdidi ilə mübarizəmizi davam etdirdiyimiz bir zamanda, dost və müttəfiqimiz olan Türkiyəyə sarsılmaz dəstəyimizi əsirgəməyəcəyik”.

ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Birləşmiş Ştatlar İstanbul terrorunun kimlər tərəfindən törədildiyini araşdırır: “Biz bu qanlı terror aktının kimlər tərəfindən törədildiyini araşdırırıq”.

Vasif Həsənli