Xarkov vilayət administrasiyasını Ukrayna milisi geri alıb

8 Aprel 2014 11:10 (UTC+04:00)

Xarkov vilayət administrasiyası binasının yalnız foyesi ruspərəst qüvvələrin əlindədir.

Publika.Az – ın “unian.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natalya Zaxarov bildirib.

Nazirlik nümayəndəsi binanın foyesində 10-a qədər ruspərəst fəalının qaldığını söyləyib.

Qeyd edək ki, Ukrayna daxili işlər naziri Arsen Avakov da "Feysbuk"" səhifəsində Xarkov vilayət administrasiyasının hüquq-mühafizə orqanları tərəfindən dinc vasitələrlə azad olunduğunu yazıb.

Lakin BBC-nin Xarkovdakı müxbiri binanın əvvəlkitək rusiyapərəst qüvvələr tərəfindən mühasirədə qaldığını, onların binanın daxilində də olduğunu xəbər verir.

****

“Xarkov vilayət administrasiyası separatçılardan azad edilib”.

Publika.Az – ın verdiyi xəbərə görə, bu sözləri “Facebook” səhifəsində şəxsi mənbələrə istinadən jurnalist Mustafa Nayem yazıb.

“6:25-də (Ukrayna saatı ilə - Ö.D.) Xarkov vilayət administrasiyasına hücum başlanıb. Mənbələrin söylədiyinə görə, bina tamamilə təmizlənib. Hücum zamanı heç bir atəş açılmayıb, 70 separatçı saxlanılıb”, - ukraynalı jurnalist bildirib.

Ömər Dağlı