FED-in toplantısının protokolu açıqlandı

7 İyul 2016 16:23 (UTC+04:00)

FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 14-15 iyunda təşkil edilən yığıncağı ilə bağlı protokollar açıqlanıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, FOMC üzvlərinin siyasət faizini sabit tutmaqla bağlı qərar verdiyi toplantının protokollarına görə, gələcəkdə faiz artımı mövzusunda yekdil fikir səsləndirilməyib.

Üzvlərin çoxu ciddi iqtisadi və maliyyə şoklarının yaşanmaması, inflyasiyanın orta vədədə 2 faiz hədəfinə çatması şəraitində faiz artımına gedilməsini məqbul hesab ediblər. Bəzi üzlər isə iqtisadi şərtlərin yaxın gələcəkdə faiz artımına getməyə icazə vermədiyini irəli sürüblər. Faiz artımını dəstəkləyənlər uzun müddət gözləməyin yersiz olduğunu bildiriblər.

İqtisadiyyat şöbəsi