Futbolçular cümə namazını kənddə qıldı - FOTO

8 İyul 2016 17:30 (UTC+04:00)

Yeni mövsümün hazırlıqlarını Topuk yaylasındakı bazada davam etdirən “Fənərbağça” futbolçularından bəziləri cümə namazını Bıçkıyanı məscidində qılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Topal, Alper Potuk, Şener Özbayraklı, Hasan Ali Kaldırım, Salih Uçan, Aatif Chahechouhe və bir sıra gənc futbolçular cümə namazına görə bazadan ayrılaraq Bıçkıyanı kəndinə yollanıb. Onları aparan komanda avtobusunu asayiş keşikçiləri müşayət edib.

Kənd camaatı ilə namaz qılan “Fənər”li futbolçular məsciddən çıxarkən vətəndaşlar onları əhatəyə alıb. Pərəstişkarlarıyla xatirə şəkli çəkdirən futbolçular avtoqraf da imzalayıblar.

Pərviz Hikmət