Ev yerin dibinə yuvarlandı - Video

8 Aprel 2014 15:15 (UTC+04:00)

Qazaxıstanın şərqində yerləşən Ridder şəhərində fövqəladə vəziyyət yaranıb. Yaşayış evi yuvarlanaraq mədən quyusu nəticəsində yaranmış çuxura düşüb. Evin uçma anını şahidlər lentə ala bilib. Xatırladaq ki, uçqun zamanı evdə üç nəfər olub və xoşbəxtlikdən küçəyə qaça bildiklərindən heç kim xəsarət almayıb.

Yeri gəlmişkən qeyd edək ki, həmin ərazidən digər sakinlər də evakuasiya edilib. Bundan əlavə, mədənin iş fəaliyyəti dayandırılaraq 480 mədənçi ərazidən uzaqlaşdırılıb.

Camalə