Son DƏQİQƏ: Bakının mərkəzində yanğın - FOTO/VİDEO (YENİLƏNİB)

14 İyul 2016 17:19 (UTC+04:00)

Bakıda metronun “Sahil” stansiyasının yaxınlığında, Bülbül prospektində yerləşən binalardan birində baş verən yanğın artıq söndürülüb. Hazırda müvafiq qurumlar hadisə yerində araşdırma aparır.

***

15:22

Bakıda metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən Bülbül prospektində yerləşən binalardan birində yanğın baş verib.

Publika.az Trend-ə istinadən bildirir ki, artıq yanğınsöndürmə briqadaları yanğının söndürülməsi üçün iş aparırlar.

Hadisə yerinə təcili tibbi yardım briqadası da göndərilib.