İmişli sakini balıq tutmaq istəyərkən öldü

8 Aprel 2014 17:19 (UTC+04:00)

İmişli rayon sakini elektrik vurması nəticəsində ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Beyləqan rayonu ərazisində, Ağgölün sahilində qeydə alınıb. İmişli rayon sakini Yaşar Nəzərov gölün sahilində balıq tutmaq üçün elektrik naqilləri quraşdırarkən cərəyan vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.