Bu gün o doğuldu

16 İyul 2016 11:23 (UTC+04:00)

1913-cü il. Azərbaycan estrada musiqisinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti Mirzə Babayevin doğum günü (1913-2003). Mirzə Babayev müğənnilik fəaliyyətinə ötən əsrin 40-cı illərin əvvəlində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.