Mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

9 Aprel 2014 01:10 (UTC+04:00)

Şirvanda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.