Şok! Hakan Şükürü vurdular – FOTOLAR

9 Aprel 2014 11:38 (UTC+04:00)

“Qalatasaray”ın və Türkiyə millisinin keçmiş futbolçusu Hakan Şükürün adı İstanbulun Sancaqtəpə bölgəsində yerləşən stadiondan silinib.

Publika.az xəbər verir ki, stadion əməkdaşları dünən ünlü futbolçunun adı həkk olunmuş lövhəni söküblər.

Sancaqtəpədəki stadion 2010-cu ildən fəaliyyətdə idi. Müasir standartlara cavab verən stadionda “Sancaqtəpə bələdiyyəspor” komandası ev oyunlarını keçirir.

Hakan Şükürün baş vermiş olaya münasibəti ləngiməyib. Keçmiş futbolçu “Tvitter”dəki səhifəsində məsələyə belə reakisya verib: "Duvarda resmin olacağına alemde ismin olsun:)"