Ukraynanada vəziyyət yenidən gərginləşib: 6 ölü, 13 yaralı

24 İyul 2016 19:48 (UTC+04:00)

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Prezident Administrasiyası yayıb.

Administrasiya dünən atəşkəsin pozulması nəticəsində 6 ukraynalı hərbçinin həlak olduğunu, 13 nəfərin yaralandığını bildirib. Atəşkəsin pozulması Luqansk vilayəti istiqamətində qeydə alınıb.

Qeyd edək ki, Donbass konflikti 2014-cü ildən etibarən start götürüb.