Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi

9 Aprel 2014 12:08 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.