Lavrov: “Nalayiq sözlərdən istifadə etmək istəməzdim”

26 İyul 2016 10:22 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Demokrat Partiyasının elektron poçtunun qırılmasında Moskvanın iştirakı haqqında deyilənlərə cavab verib.

Publika.az“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrov nalayiq sözlərdən istifadə etmək istəmədiyini deyib.

“Mən nalayiq sözlərdən istifadə etmək istəməzdim”, - Rusiya naziri jurnalistə zarafatla cavab verib.

Daha əvvəl yayılan məlumatlara görə, Rusiyanı ABŞ-da Demokrat Partiyasının poçt xidmətinin qırılmasına görə məsuliyyətli hesab edirlər.

Ömər Dağlı