Bakıda ticarət mərkəzində heyrətamiz olay: “uçan adam”ı tuta bilmədilər - VIDEO

29 İyul 2016 19:52 (UTC+04:00)

Sosial şəbəkələrdə diqqət çəkən bir video yayımlanır.

Publika.az Lent.az-a istinadən xəbər verir ki, Bakının ticarət mərkəzlərindən birinin mühafizəçiləri qeyri-iş vaxtı mərkəzə daxil olmuş bir şəxsin izinə düşsələr də onu tutmağa müvəffəq olmayıblar. Ticarət mərkəzinin gizli kameralarına tuş gələn həmin şəxs məqsədinə çatdıqdan sonra qeyri-adi üsulla aradan çıxmağı bacarır. Ayıq-sayıq mühafizəçilərin “uçan adam”ı ələ keçirmək üçün göstərdikləri bütün cəhdlər boşa çıxır...