Bakının mərkəzində yaşayış binasında yanğın

9 Aprel 2014 16:34 (UTC+04:00)

Bakının mərkəzində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, yanğın Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında yerləşən yaşayış binasında qeydə alınıb.

Artıq binada yaşayan sakinlər təxliyə edilib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib, yanğının lokallaşdırılması üçün tədbirlər görülür.

Hələlik hadisə nəticəsində xəarət alanlarla bağlı məlumat verilmir.

FHN-dən daha sonra Trend-ə bildiriblər ki, yanğın söndrülüb.