Gülənin əmlakına HƏBS QOYULDU

12 Avqust 2016 21:58 (UTC+04:00)

Türkiyənin Cinayət Məhkəməsi dövlət çevrilişinin təşkilində ittiham olunan Fətullah Gülənin əmlakına həbs qoyub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əmlakın siyahısı mətbuata açıqlanmayıb.

Qeyd edək ki, “Nurçu”ların lideri Fətullah Gülən hazırda ABŞ-da yaşayır və İstanbul məhkəməsi onun həbsi barədə qərar verib.