Qüdrət Həsənquliyev Rio Olimpiadasının qaliblərini təbrik etdi

22 Avqust 2016 15:09 (UTC+04:00)

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rio Olimpiadasında idmançılarımızı uğurlu çıxışlarına görə təbrik edib.

Publika.az-a daxil olan təbrikdə deyilir: "İdmançılarımızın Rio olimpiadasında uğurlu çıxışına görə onların hər birini, o cümlədən Azərbaycana yeganə qızıl medalı qazandırmış Taekvando Fedarasiyasını və xüsusilə Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevi təbrik edirəm. Ümid edirəm ki, uşaq idman məktəblərini ölkənin hər bir yaşayış məntəqəsində açmaqla biz gələcəkdə daha böyük uğurlara imza atacağıq. İdmanın təbliği və inkişafı üçün şəraitin yaradılması mənəvi və fiziki baxımdan daha güclü nəslin formalaşmasını təmin edəcəkdir. Sonda xalqımızı olimpiadada əldə etdiyimiz qələbəyə görə bir daha təbrik edirəm”.