FHN rusiyalı turist üçün Xınalığa helikopter göndərdi

3 Sentyabr 2016 11:24 (UTC+04:00)

Ötən gün şimal bölgəsinə yağan güclü yağış nəticəsində kəndə gedən körpünü sel dağıtdığına görə kəndə gedən rusiyalı turistin qayıtması mümkün olmayıb.

Rayon İcra hakimiyyəti Başçısının birinci müavini Yusif Abidovun Publika.az-a verdiyi məlumata görə, turist Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Kliçko Svetlana Yevgenyevnanın kənddən çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin helikopteri cəlb olunub: "Hazırda helikopter kənddə getdi. Bizdə olan məlumata görə, o astma xəstəsidir. Kənddən mərkəzə gedən alternativ yol uzaq olduğuna görə o yoldan istifadə edə bilməyib. Xəstəliyi və xarici vətəndaş olması nəzərə alınaraq onun üçün helikopter təşkil edilib. Hazırda xilasetmə əməliyyatı davam etdirilir”.

Gülxar