Türkiyənin İŞİD-lə sərhədi qalmadı - FOTO

4 Sentyabr 2016 21:43 (UTC+04:00)

Azad Suriya Ordusu Suriyanın şimalında Azez və Cerabls xəttini tam olaraq öz nəzarətinə keçirib.

Publika.az Türkiyə mətbuatəına istinadən xəbər verir ki, bununla da Türkiyə ilə İŞİD-in heç bir sərhədi qalmayıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyada "Fərat Qalxanı" adı altında əməliyyatlara başlayıb.