Elgiz Əkbər qəzəbləndi: “Ailəmi, övladımı...”

5 Sentyabr 2016 12:15 (UTC+04:00)

Tanınmış aparıcı Elgiz Əkbərin yeni mövsümdə digər televiziyaların birində fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yayılıb.

Publika.az-a açıqlama verən aparıcının xəbərə münasibəti belə olub: “Bəzi jurnalistlər ortalığı qarışdırmaqla məşğuldurlar. ANS-in hansısa aparıcısı yeni televiziyada işə başlayır, o saat düşürlər üstünə, onu təhqir etməyə başlayırlar, söyürlər. Bununla da televiziyaları bir-birinə qarşı qoymağa çalışırlar. Əslində mənim bütün televiziyalara münasibətim normaldır, hamısı mənə doğmadır. Müxtəlif televiziyaların aparıcılar bir-birimizi görəndə görüşürük, hal-əhval tuturuq, bir-birimizə ruh veririk. Futbolçu da komandanı dəyişir, onda elə gərək hamı onu daşlasın, başını yarsın?”

E.Əkbər yalnız bir halda, digər telekanalda işləyəcəyini deyib: “Bağda dincəlirdim, hələ ki, məzuniyyətdən yeni dönürəm. Allah ANS-in qapısını açsın, insanlar işlərinə davam etsinlər. ANS-in aqibəti hələ tam bəlli deyil. Onun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi bəlli olsa, mən də seçimimi edəcəm. Hələ gözləyirəm. ANS açılsa, orada, açılmasa, digər televiziyaların birində fəaliyyətimi davam etdirəcəm. Mən də ailəliyəm, uşağım var, pul qazanıb, ailəmi saxlamalıyam. İndidən ANS-in taleyi məlum deyilsə, mənim hansısa kanalda anonslarım necə yaymlana bilər? Adamı söyərlər ki, on il fəaliyyət göstərdiyin kanalın aqibəti bəlli olmadan necə, başqa kanala keçmisən?”

Cəvahir