PES-2017 oyununun satış tarixi və qiyməti açıqlandı

7 Sentyabr 2016 15:00 (UTC+04:00)

Futbol həvəskarlarının maraqla gözlədiyi oyun PES-2017-nin satışa çıxacağı tarix məlum olub.

Publika.az xəbər verir ki, oyun ABŞ-da 13, Avropada isə 15 sentyabr tarixində bazardakı yerini alacaq. PS3, PS4, Xboks 360, Xboks 1 və PC kimi platformalarda oynana biləcək oyunun qiymətinin 40 və 60 dollar olacağı gözlənilir.

Oyunun ölkəmizə gətiriləcəyi vaxt isə dəqiq bilinmir.

Əli