Fransanın anti-türk siyasətçisi Gülənin pərəstişkarı çıxdı – FOTOLAR

8 Sentyabr 2016 11:22 (UTC+04:00)

Fransanın radikal sağçı “Milli Cəbhə” Partiyasının qurucusu və lideri, 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərinə namizəd Jean-Marie Le Penin Fətullah Gülənlə görüntüsü ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Jean-Marie Le Penin şəxsi iş otağı olduğu iddia edilən kabinetdə Fətullah Gülənin divardan asılan rəsmi diqqət çəkib. Bu rəsmin Fətullah Gülənə məxsus olması açıq-aydın görünür. Fransanın 88 yaşlı siyasətçisinin Fətullah Gülənə pərəstiş etməsi ehtimal edilir.

Xatırladaq ki, Fransada və dünyada miqrantlara qarşı sərt mövqeyi ilə tanınan Jean-Marie Le Pen dəfələrlə Türkiyənin Avropa Birliyinə üzv olmasına da qarşı çıxıb. Fransız siyasətçi dəfələrlə Türkiyənin Avropa Birliyinə üzvlüyünə “veto” qoyulmasını tələb edib.

Vasif Həsənli