Suriyada “Nüsrə cəbhəsi”nin lideri öldürülüb

9 Sentyabr 2016 03:06 (UTC+04:00)

Naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələrin nəticəsində “İstila ordusu” qruplaşmasının yaradıcılarından biri və “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) və "Ceyş əl-Fəth" qruplaşmasının lideri məhv edilib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə qruplaşmaların Hələbdə keçirilən görüş yerini bombalayıb. Görüşdə olanların əksəriyyətinin öldüyü bildirilir. Ölənlərdən birinin “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqeb olduğu deyilir.