Lavrovla Kerrinin görüşü 12 saatdır davam edir

10 Sentyabr 2016 00:27 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçirilən görüş artıq 12 saatdan artıqdır ki, davam edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,Suriya böhranı üzrə danışıqlar Cenevrədə “President Wilson” hotelində aparılır.

Sentyabrın 8-də Cenevrəyə gələn S.Lavrov burada BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşüb.

Lavrovun Kerri ilə görüşü isə sentyabrın 9-u, yerli vaxtla saat 09:30-da başlayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.