Polisin səlahiyyəti artırıldı: Ədəb qaydalarını pozanlar...

12 Sentyabr 2016 17:12 (UTC+04:00)

Parisdə nəzakət polisi dövrü başlayır.

Publika.az-ın xarici mediaya istinadən xəbər verir ki, Paris bələdiyyəsinə bağlı 800 nəfərlik bir komanda şəhərdə nəzakət və ədəb qaydalarını pozanlara xəbərdarlıq edəcək. Ehtiyac olduğu halda nəzakət polisləri cəza verəcək.

Nəzakət polisi xüsusən siqaret qalığını yerə atan, küçəyə tüpürən, ictimai nizami pozanlara nəzarət edəcək. Digər bələdiyyə işçiləri kimi nəzakət polisləri də xüsusi forma geyinəcək, daim üzərlərində göz yaşardıcı qaz olacaq.

Gülxar