Gözəgörünməz otel açılıb - Foto

12 Aprel 2014 13:58 (UTC+04:00)

İsveç meşəsində qeyri-adi “Mirror Cube” (Güzgülü kub) adlı gözəgörünməz otel açılıb.

Sivilizasiyadan uzaqda təbii meşədə yerləşən oteli həqiqətən də “gözəgörünməz” adlandırmaq olar. Qeyd olunur ki, “Mirror Cube” oteli insanlardan uzaqda yerləşərək tamamilə ağaclarla əhatələnib. Otelin xaricdən güzgülərlə əhatələnməsi onu gözəgörünməz edir. Otel bir neçə kabinələrdən ibarətdir və bir gecəsi 500 avro təşkil edir.

Camalə