Azərbaycan klubunun sabiq futbolçusu vəfat edib

13 Sentyabr 2016 20:08 (UTC+04:00)

Moskva "Spartak"ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "R-Sport" məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin "MKT-Araz" klublarının şərəfini qoruyub.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.