Göygöldə qəza: 4 yaralı

14 Sentyabr 2016 02:43 (UTC+04:00)

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Hamlet Musayev və “KİA”da olan, Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Mübariz Lətifoğlu, 1990-cı il təvəllüdlü Mirmahmud Əliyev və 1991-ci il təvəllüdlü İsmət Rzayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.