Sumqayıtda ev yanıb

15 Sentyabr 2016 03:41 (UTC+04:00)

Sumqayıtda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika,az-a verilən məlumata görə, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 115 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.