Məşhurların uşaqları birinci sinfə gedir - FOTOLAR

15 Sentyabr 2016 09:30 (UTC+04:00)

Bu gün orta ümumtəhsil məktəbləri qapılarını şagirdlərin üzünə açıb. İlk dəfə məktəb həyatının dadını çıxaranlar da var. Onların sırasında bizim məşhurların da övladları və doğmaları var.

ATV-nin aparıcısı Turan İbrahimli və Şəbnəm Həsənova oğlunu məktəbə aparıb.

Bu il birinci sinfə gedənlərdən biri də yazar, aktyor və aparıcı Rəşad Kəsəmənlinin qızı Zəhradır.

Tanınmış aparıcı və aktyor İlkin Həsəninini isə bacısıqızı birinci sinfə qədəm qoyur. İlkin məktəbdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb və belə yazıb: “Dayı-bala birinci sinfə gedirik. Nigarım birinci sinfə getdi”.

Müğənni Elçin Hüseynovun da qızı şagird adını qazanıb.

Publika.az həmin fotoları təqdim edir.

Cəvahir